EN

"Qarabağ"ın futbolçusuna 4 oyunluq CƏZA

Əvəzedicilər Liqasında çıxış edən "Qarabağ-2" komandasının futbolçusu Nihad Mollayev dörd oyunluq cəzalandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında qəbul olunub.

Futbolçunun cəzalanmasına Əvəzedicilər Liqasının XXV turunda "Sumqayıt-2" ilə matçda hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alması səbəb olub. Bununla yanaşı, Ağdam təmsilçisi 300 manat cərimələnib.

AFFA "Sumqayıt-2" komandasını da cəzalandırıb. "Qarabağ-2" ilə görüşdə oyun günü planı pozulduğuna görə Sumqayıt təmsilçisi 100 manat ziyana düşüb.

Milli.Az

Chosen
41
6
milli.az

7Sources