EN

ABŞ Rusiyaya qarşı məhdudiyyətləri gücləndirməyə hazırdır – Maliyyə Naziri Scott Bessent

Keçmiş Co Bayden administrasiyası Rusiyanın enerji sektoruna qarşı “qeyri-adi dərəcədə zəif” sanksiyalar tətbiq edib.

Editor.az bildirir ki, bunu ABŞ Maliyyə Naziri Scott Bessent bildirib. Onun sözlərinə görə, ABŞ-ın hazırkı hakimiyyəti Ukrayna üzrə sülh danışıqları naminə Rusiyaya qarşı məhdudiyyətləri gücləndirməyə hazırdır. Nazir əmin edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası dövründə “dərhal maksimum effekt əldə etmək” üçün sanksiyalar “aqressiv” tətbiq olunacaq. “Mövcud administrasiya gücləndirilmiş sanksiyaları davam etdirdi və sülh danışıqlarında təsir imkanları təmin edərsə, hər şeyi etməkdən çəkinməyəcək” – Bessent deyib.

Qeyd edək ki, 2025-ci ilin fevralında ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb.

//Samir Qurbanov, Editor.az

Chosen
18
editor.az

1Sources