EN

Almaniyanın 11 hava limanında tətillər keçiriləcək

Almaniyanın ən böyük aeroportlarının işçiləri martın 11-də tətil keçirəcəklər.

“Report” DW-yə istinadən xəbər verir ki, aksiya Frankfurt, Münxen, Köln/Bonn, Düsseldorf, Dortmund, Hannover, Bremen, Hamburq, Berlin və Leypsiq-Halle hava limanlarını əhatə edəcək.

Aksiyanın səbəbi “Verdi” həmkarlar ittifaqı ilə işəgötürənlər arasında uğursuz danışıqlar olub. Həmkarlar ittifaqı dövlət sektorunda çalışan 2,5 milyon işçi üçün kollektiv əmək müqaviləsinə nail olmağa çalışır. Onların əsas tələbləri: əmək haqqının 8 % artırılması, bonus ödənişlərinin artırılması və üç əlavə istirahət günüdür.

Lakin federal hökumət və yerli hakimiyyət orqanları bu tələblərin maliyyə baxımından yerinə yetirilməsinin mümkün olmadığını bildiriblər.

Daha əvvəl tətillər bir neçə aeroportları əhatə edərək aviaşirkətlərin işinə mane olub.

Chosen
27
3
report.az

4Sources