EN

Almaniyanın nüvə silahı əldə etməsinə icazə verilməyəcək

Heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək.

“İki sahil” xəbər verir ki,  bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Rossiya 24” telekanalının efirində bildirib.

“Əlbəttə, bu axmaqlıqdır, heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Nə biz, nə amerikalılar, nə də ümumiyyətlə nüvə silahının yayılmaması rejimi buna imkan verməyəcək”, - deyə, TASS onun sözlərindən sitat gətirib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi daha əvvəl nüvə silahı ilə bağlı yaranan müzakirələri “normaların aşınması” kimi qiymətləndirmişdi.

Chosen
10
ikisahil.az

1Sources