EN

Azərbaycan və Venesuela XİN-ləri arasında ilk konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivarın Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Venesuela nümayəndə heyətinə isə Venesuela Bolivarın Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyinin Konsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela Suarez Hernandez rəhbərlik edib.

Görüşdə Azərbaycanın Venesuela Bolivarda fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev və Venesuela Bolivarın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez də iştirak ediblər.

Məsləhətləşmələr zamanı Azərbaycan və Venesuela Bolivar arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.

Chosen
87
9
aznews.az

10Sources