EN

İlin əvvəlindən 29 yeni dövlət standartı qəbul edilib

Bu ilin yanvar-fevral ayları ərzində “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılmış 29 yeni dövlət standartı qəbul edilib.

Finss.az qurumun məlumatına əsasən xəbər verir ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Dövlət standartlarının sahələr üzrə bölgüsü:

- Qida texnologiyası və kənd təsərrüfatı üzrə 12 dövlət standartı;

- Tikinti materialları üzrə 3 dövlət standartı;

- İnformasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 4 dövlət standartı;

- Neft-qaz və əlaqəli texnologiyalar üzrə 5 dövlət standartı;

- Ətraf mühit üzrə 2 dövlət standartı;

- Nəqliyyat sahəsi üzrə 3 dövlət standartı;

Cari ilin ilk iki ayında 22 dövlət standartının dövri yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 19 dövlət standartı isə ləğv edilib. Sahibkarların sifarişi əsasında 30 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Chosen
6
2
fins.az

3Sources