EN

Təbrizli idmançı qadın 18 tonluq təyyarəni hərəkət etdirərək dünya rekordu vurub - VİDEO

Təbriz şəhərindən olan iranlı idmançı Qiti Musəvi 18 ton ağırlığında olan təyyarəni hərəkət etdirərək Ginnesin Rekordlar Kitabına düşüb.

Qaziler.az bildirir ki, bu barədə martın 7-də "Mehr" agentliyi məlumat yayıb.

İdmançının sözlərinə görə, İranın hüquq-mühafizə orqanları onun dünya rekordu vurmaq istəyini dəstəkləyib. Ona sınaq üçün təyyarə verən də onlar olub.

“Mən uzun müddətdir idmanla ciddi məşğul olmuşam, əvvəllər yük maşını sürükləməyi bacarmışam”, - Musəvi deyib.

İdmançı üç il ərzində hər gün 2-3 saat məşq edib. Dərslər peşəkar təlimçilərin rəhbərliyi altında keçirilib.

Musəvinin sözlərinə görə, məqsədinə çatmaq üçün nə qədər səy göstərdiyini onun əlindən bilmək olar. O əlavə edib ki, onun üçün qadınların güclü, qətiyyətli və özünə güvənən olduğunu sübut etmək vacibdir. Ona görə də Musəvi dünyada heç bir qadının etmədiyi bir işi görmək istəyirdi.

QAZİLER.AZ

 

 

Chosen
14
2
qaziler.az

3Sources