EN

Norveç Ukraynaya dəstəyini 4,6 milyard dollar artırır

BAKI, TurkicWorld

Norveç hökuməti Ukraynaya 4,6 milyard dollarlıq əlavə yardım ayıracağını açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu yeni maliyyə paketi ilə Norveçin Ukraynaya ümumi dəstəyi iki dəfədən çox artaraq 7,8 milyard dollara çatacaq.

Norveç hökumətinin rəsmi internet saytında yayımlanan məlumata görə, yardım paketi Norveç parlamentində keçirilən səsvermədən sonra təsdiqlənib.

Bu qərarla Norveç 2025-ci ilə qədər Ukraynaya dəstəyini əhəmiyyətli dərəcədə artırmış olacaq.

Norveçin baş naziri Jonas Gahr Støre açıqlamasında bildirib ki, bu yardım "Ukraynanın Rusiyaya qarşı durmasına kömək edəcək".

Qeyd edək ki, Norveç Ukraynaya təkcə maliyyə yardımı deyil, həm də hərbi və humanitar dəstək göstərən əsas Avropa ölkələrindən biridir. Yeni yardım paketi, Ukraynanın müdafiə və iqtisadi sabitliyini gücləndirmək məqsədi daşıyır.

Chosen
7
turkic.world

1Sources