ABŞ prezidenti Donald Tramp İranla nüvə silahı proqramı üzrə razılaşmanı müzakirə etmək istədiyini bildirib.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Fox Business Network” telekanalına müsahibəsində danışıb.
ABŞ lideri martın 6-da İranın Ali lideri Əli Xameneiyə məktub göndərərək, danışıqlar aparacaqlarına ümid etdiyini vurğulayıb.
"İran danışıqlara getməsə, bu, onlar üçün çox pis olacaq. İranın nüvə silahı ola bilməz. Başqa variantlar da var", - Tramp deyib.
Bizim.Media