EN

Qazaxıstanda iri neft hasilatı şirkətləri neft hasilatının azaldılmasına razılaşıblar

Qazaxıstan "OPEС+" sazişi çərçivəsində 2024-cü ilin yanvarından neftin həddindən artıq istehsalını vaxtından əvvəl kompensasiya etmək niyyətindədir.

Bu barədə ölkənin energetika naziri Almasadam Satkaliyev məlumat verib.

“OPEC+” ölkələrinin görüşü keçirilib. Görüş zamanı Qazaxıstan da daxil olmaqla, bütün iştirakçılar müəyyən edilmiş kvotaları tam yerinə yetirməyə və əvvəlcədən artıq hasil edilmiş neft həcmlərini kompensasiya etməyə hazır olduqlarını təsdiqləyiblər", - o qeyd edib.

A.Satkaliyev əlavə edib ki, bu vəzifənin yerinə yetirilməsi üçün Qazaxıstanın Energetika Nazirliyi “Kaşaqan” və “Tengiz” yataqlarının operatorları olan beynəlxalq konsorsiumların iştirakçıları və səhmdarları ilə məsləhətləşmələr aparıb.

“Bu işi gələn həftə artıq bu böyük şirkətlərin yuxarı rəhbərləri səviyyəsində davam etdirməyi planlaşdırırıq. Bu şirkətlər “ExxonMobil”, “Total”, “Shell” və digər səhmdarlardır. Onların qarşısında planlaşdırılmış parametrlərə nail olmaq məqsədilə Qazaxıstanda neft hasilatının həcminin azaldılması ilə bağlı kifayət qədər ciddi vəzifə qoymuşuq”, - nazir əlavə edib.

O vurğulayıb ki, müzakirələr məhsuldar olub: "Qazaxıstan şirkətlərdən imtina almayıb. Biz ölkə hökuməti tərəfindən qarşıya qoyulmuş vəzifənin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Qazaxıstan hasilatın azaldılması üçün bütün zəruri tədbirləri görəcək".

©report

Chosen
64
2
valyuta.az

3Sources