EN

"Qırmızı"dan keçən motosiklet avtomobilə çırpıldı - XƏBƏRDARLIQ - VİDEO

İşıqforun qırmızı işığından keçməyin nəticəsi qəzalara, insan həyatı sağlamlığı üçün fəsadlara səbəb olur.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında qeyd edilib.

Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

"Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü işıqforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar.

Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır. Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər işıqforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar",- deyə məlumatda bildirilib.

Chosen
14
17
day.az

10Sources