Azərbaycan 2-ci Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Şəmkir”in futbolçusu Vidadi Cəfərov mükafatlandırılıb.
Fanat.Az xəbər verir ki, dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatları 15-ci turun "Şəmkir" - "Göygöl" oyunundan əvvəl Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.