"Fənərbağça" - "Reyncers" oyununda sıradan çıxmış Çağlar Söyüncünün son durumu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, rəqibin 1:3 hesablı qələbəsi ilə yekunlaşan oyunda zədələnərək meydanı tərk edən müdafiəçi sağ ayağında arxa əzələsindən xəsarət alıb. Söyüncünün əzələsində qanama müşahidə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Ç.Söyüncünün milli komandaların fasiləsindən sonra yaşıl meydanlara dönəcəyi bildirilir. 

Qeyd edək ki, Türkiyə millisi UEFA Millətlər Liqasının pley-off matçı çərçivəsində 20 və 23 mart tarixlərində Macarıstan millisi ilə qarşılaşacaq.