EN

Bu ərazilərdə su yoxdur » AzadMedia.az


Bakının bəzi ərazilərdə suyun verilişində fasilə yaranıb.

Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.

Bildirilib ki, Xocəsən və Biləcəri qəsəbələri ərazisindən keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri zamanı boru xəttinin üzərindəki torpaq təbəqəsi açılandan sonra qəza həcminin böyük olduğu aşkarlanıb.

Bu səbəbdən işin icrasının 8 mart tarixinə qədər davam etdirilməsi zərurəti yaranıb. Bu müddətdə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9-cu mikrorayonlara, “Vorovski” deyilən ərazidə və Nərimanov rayonunun bir hissəsinə suyun verilməsində fasilə yaranıb.

Sabah gün ərzində suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə həyata keçiriləcək.
Chosen
77
21
azadmedia.az

10Sources