EN

"Azpetrol"daavtomobilin qaz balonu partladı - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobilin yanması nəticəsində bir nəfər xəsarət alıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Martın 7-si saat 12:15-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində, yanacaqdoldurma məntəqəsində minik avtomobilinin yanması səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 30 yaşlı bir nəfər (kişi cinsli) qulağın və hər iki ətrafın II dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.(oxu.az)

***14:53

Lökbatan qəsəbəsində "Azpetrol" yanacaq doldurma məntəqəsində avtomobil yanıb.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, "Chevrolet Cobalt" markalı avtomobildə quraşdırılmış qaz balonunun partlaması nəticəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı nazirliyin "112" qaynar telefon xəttinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

"Əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində "Chevrolet Cobalt" markalı avtomobildə baş verən yanğın söndürülüb. Ətrafdan keçən kommunikasiya xətləri yanğından mühafizə olunub".

 

Chosen
52
22
avtosfer.az

10Sources