ABŞ İranla nüvə proqramı ilə bağlı razılaşmaya üstünlük verir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.
"Mən dünən İran liderinə məktub göndərdim, İranla razılaşmaya üstünlük verirəm", - o qeyd edib.
Tramp bir daha təkrarlayıb ki, İran nüvə silahına sahib olmamalıdır. O, Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini bildirib.