EN

SOCAR İsrailin Aralıq dənizində təbii qaz kəşfiyyatına hazırlaşır

SOCAR, BP və İsrailin “NewMed Energy” şirkətləri ilə birgə İsrailin Aralıq dənizində yerləşən I-6 zonasında təbii qazın kəşfiyyatına dair iş planını yaxın iki həftə ərzində İsrailin Energetika və İnfrastruktur Nazirliyi ilə razılaşdıracaq.

Finss.az İsrailin “Globes” nəşrinə istinadən xəbər verir ki, tərəflər qaz kəşfiyyatı üzrə rəsmi iş planını imzalamağa hazırlaşır. Plan çərçivəsində 2026-cı ilin oktyabrına qədər konsorsium lisenziyalı ərazilərdən ən az birində qazma işlərinə başlamalı və neft üzrə komissarın təsdiqləyəcəyi əlavə iş proqramını təqdim etməlidir.

Xatırladaq ki, 2023-cü ilin oktyabrında keçirilən tender nəticəsində SOCAR, BP və “NewMed Energy” şirkətlərindən ibarət konsorsium I-6 zonasında qaz kəşfiyyatı aparmaq üçün lisenziya qazanıb. Layihənin operatoru kimi SOCAR seçilib. Lakin regionda münaqişənin gərginləşməsi səbəbindən layihənin icrası gecikdirilmişdi.

Bundan əlavə, SOCAR bu ilin yanvar ayında Aralıq dənizinin ən böyük qaz yataqlarından biri olan “Tamar” layihəsində 10% pay alması ilə bağlı İsrailin “Union Energy” şirkəti ilə müqavilə imzaladığını elan edib.

Chosen
24
fins.az

1Sources