EN

Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır

Aktyor

Aktyor Möylə Mirzəliyevin vəziyyəti kritik-ağırdır, tənəffüs reabilitasiyası alır.

Bu barədə Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, aktyor hazırda klinikanın reanimasiya şöbəsində müalicə alır və vəziyyəti kritik-ağırdır: “Diabetik angiopatiya ilə əlaqədar amputasiya olunan xəstənin böyrəklərində də zədə qeydə alınıb”.

Qeyd edək ki, M.Mirzəliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorudur.

O, bir neçə gün öncə əməliyyat olunub. Əməliyyatdan sonra hərəkət qabiliyyətini itirib.
Chosen
20
9
reyting.az

10Sources