EN

Rusiyadan Almaniyaya nüvə XƏBƏRDARLIĞI

“Heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək”. 

Bizim.Media “gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov deyib.

Rusiyalı diplomatın sözlərinə görə, hər yerdə, o cümlədən Almaniyada ağlını itirənlər var:
 

“Əlbəttə, bu axmaqlıqdır, heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Nə biz, nə amerikalılar, nə də ümumiyyətlə nüvə silahının yayılmaması ilə bağlı razılaşmalar buna imkan verməyəcək. Siz bu cür bəyanatları ciddi qəbul etməməlisiniz”. 


Xatırladaq ki, daha əvvəl Almaniya üçün Alternativ (AfD) partiyasının nümayəndəsi, Bundestaqın Müdafiə Komitəsinin üzvü Rüdiger Lukassen bəyan etmişdi ki, təhlükəsizlik sistemindəki dəyişikliklərlə əlaqədar olaraq, Almaniyanın öz nüvə silahına ehtiyacı var.

Bizim.Media

Chosen
6
bizim.media

1Sources