EN

Litva səfirliyindən qadınlara 8 mart təbriki

Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanda və dünyanın bir çox ölkələrində Beynəlxalq Qadınlar Gününü (həftəsini) qeyd edərkən, bütün qadın və qızlara səmimi təbriklərimizi çatdırır, dünyada qadınların gücünü, möhkəmliyini, istedadlarını, liderliyini və gözəlliyini qeyd edirik”.

Hafta.az-ın yazdığına görə, bu barədə Litvanın ölkəmizdəki səfirliyinin facebook səhifəsində yayınlanmış təbrikdə deyilir. Qeyd olunur ki, qadınların gücü dinc, ədalətli, inklüziv və firavan gələcək qurmaq istəyən hər bir millət üçün vacibdir.

Təbrik mətnində ayrıca Litva və Azərbaycanın dünyada qadınlara 1918-ci ildə seçki hüququ verən ilk ölkələr sırasında olduğunu xatırladır.

“Təəssüf ki, bir əsrdən çox keçsə də, dünyanın bir çox qadınları hələ də ayrı-seçkiliklə üzləşirlər, hətta daha da pis- müharibə və silahlı münaqişələr zamanı zorakılığın qurbanına çevrilirlər. Bu gün cinsi zorakılığın müharibə silahı kimi istifadə edilməsi həyəcanvericidir. BMT-nin topladığı sübutlar təsdiqləyir ki, Rusiya silahlı qüvvələri tərəfindən Ukraynanın işğal edilmiş bölgələrində, o cümlədən Krımda törədilən cinsi və gender əsaslı zorakılıq cinayətləri geniş yayılır, bu üsul işgəncə və alçaltma cəzası kimi istifadə edilir. Dünya miqyasında bir çox digər müharibələrdən və silahlı münaqişələrdən dəlillər də belədir” deyilən mətndə qeyd lunur ki, ancaq qadınlar heç vaxt təslim olmurlar, demokratiya və sülhün arxasınca, ailələri və ölkələri üçün daha yaxşı və təhlükəsiz həyat üçün dəyişikliklərin katalizatorları kimi ortaya çıxırlar.

Təbrik bu cümlələrlə başa çatır: “Rusiyanın 2022-ci ildə genişmiqyaslı işğalından bəri yüz minlərlə ukraynalı qadın döyüşçü, könüllü, tibbi yardımçı və digər rollarda siyahıya alındı. Valideyn, ər, oğul itkisindən sonra orduya yazılan ukraynalı qadınlar var. Onlar davam edən Rusiya təcavüzünə qarşı vətənlərini və ailələrini müdafiə edir, müstəsna şücaət göstərərək qızlarının heç vaxt oxşar əzablar yaşamamasını təmin etməyə çalışırlar”.

Chosen
30
hafta.az

1Sources