HƏMAS-ın nümayəndə heyəti Qəzza zolağında atəşkəs sazişinin gələcəyini müzakirə etmək üçün Misirə gəlib.
“Report” xəbər verir ki, bu barədə Misirin dövlət informasiya xidməti məlumat yayıb.
"HƏMAS-ın nümayəndələri Qəzzada atəşkəs sazişinin həyata keçirilməsini və razılaşmanın ikinci mərhələsi üzrə danışıqlara başlanmasını müzakirə etmək üçün Qahirəyə gediblər", - telekanal bildirib.
Qurumdan bildirlib ki, Qahirə bütün tərəflərlə əlaqə saxlayır və sazişin ikinci mərhələsinə keçidi sürətləndirməyə çalışır.