EN

Tramp ABŞ-Yaponiya razılaşmasının ədalətli olmasını şübhə altına alır

ABŞ prezidenti Donald Tramp Yaponiya-ABŞ təhlükəsizlik sazişindən məmnunluğunu ifadə edib.

Editor.az bu xəbəri “The Japan Times” qəzetinə istinadla yayıb.

Yayımlanan açıqlamaya görə, ABŞ lideri 1960-cı ildə imzalanmış müqavilənin birtərəfli olduğunu bəyan edib. “Mən Yaponiyanı sevirəm, bizim Yaponiya ilə çox yaxşı münasibətlərimiz var. Amma bizim maraqlı razılaşmamız var; Biz onları qorumalıyıq, lakin onlar bizi qorumalı deyil”,- Tramp deyib. Tramp əlavə edib ki, Yaponiya tərəfi ABŞ-dan iqtisadi fayda görür.

//Gülnarə Abasova, Editor.az

 

Chosen
10
editor.az

1Sources