Aktual.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.
"ABŞ-ın Ukraynaya yardımının ümumi həcmi 300 milyard və ya 500 milyard dollar deyil, 114 milyard dollardır. Bu məbləğin bir hissəsi hərbi texnikaya xərclənib və bir hissəsi də ABŞ müdafiə şirkətlərinə gedib”, - Podolyak bildirib.
Almaniyadakı Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Ukrayna 24 fevral 2022-ci ildən 31 dekabr 2024-cü ilə qədər ABŞ-dan 114,2 milyard avro (123 milyard dollardan çox) yardım alıb, Avropa isə 132,3 milyard avro (143 milyard dollardan çox) məbləğində dəstək verib.