EN

"Formula-1"Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına başlanıb

"Formula-1" Azərbaycan Qran-prisinə marşal qeydiyyatı başlayıb.

Avtosfer.az xəbər verir ki, sürət yarışının həyəcanverici atmosferini trekə ən yaxın məsafədən hiss etmək istəyənlər və yaşı 21-dən yuxarı olanlar Marşal Proqramına qoşula bilərlər. İştirakçılara beynəlxalq rəsmi lisenziya təqdim olunacaq.

Azərbaycan Avtomobil Federasiyası (AAF) bu proqramı uğurla başa vuran hər bir marşalı FIA tərəfindən qəbul olunmuş beynəlxalq rəsmi lisenziya ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, "Formula-1" Qran-prisi və digər avtomobil idman yarışlarında iştirak etmək imkanı verəcək.

Qeydiyyat üçün: www.bakucitycircuit.com/az/marshals

Qeyd edək ki, ötən il "Formula-1" Azərbaycan Qran-prisi zamanı 1500-ə yaxın marşal cəlb edilib, onların 100-dən çoxu əcnəbi olub.

Chosen
81
11
avtosfer.az

10Sources