EN

Sumqayıtda 33 yaşlı kişi bıçaqlandı - Sevgilisi şübhəli bilinir

Sumqayıtda 33 yaşlı kişi bıçaqlanıb.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 5-ci mikrorayon ərazisində qeydə alınıb.

1992-ci il təvəllüdlü Əmrah Eldar oğlu Xudiyevin aralarında yaranmış münaqişə zəminində qeyri-rəsmi yaşadığı Nailə adlı xanım tərəfindən bıçaqlandığı deyilir.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
43
10
avtosfer.az

10Sources