"Hər halda bayram ilə əlaqədar yarmarka yaradılırsa, rayonlardan məhsullar gətiriləcək, məhsulların çeşitləri çoxalacaq və buda qiymət artımının qarşısını almalıdır. Buda həm istehsalçıya, həm də istehlakçıya yaxşı təsir edəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Emin Qəribli deyib.
Onun sözlərinə görə, ola bilsin ki, müəyyən məhsulların nisbətən çeşiti və ya qiyməti az olarsa, kimsə bunu artıra bilər: "Lakin ümumilikdə götürsək qiymətlər çox stabildir. Hər təbəqə dedikdə biz görürük ki, bayram qabağı restoranlara gedirik, evimizə bazarlıq edirik, görürük ki, çeşit çoxalır, ticarətçilərdə görürlər ki, bayramdı alıcılarda çoxalır, alış-veriş artır ona görə də, müvafiq tədarük görürlər. Bu isə öz növbəsində qiymət artımının qarşısı alınacaq. Mən düşünürəm ki, bu yarmarkalardan bütün təbəqədən olan insanlar təmin olunacaqdır. Bu günləri işləyən, işləmək həvəsində olan insanlar üçün problem olmayacaqdır. Müşahidələrimiz və təhlillərimiz onu göstərir ki, bu günləri yarmarkalarda qiymətlə bağlı heç bir problem yoxdur. Makro-iqtisadi göstəricilərə baxsaq, alıcılıq qabiliyyətinə baxsaq görürük ki, heç bir problem yoxdur. Bayram əhval-ruhiyəsi var, insanlar bayrama hazırlaşmağa başlayıblar. Hesab edirəm ki, ölkədə iqtisadi vəziyyət kifayət qədər yaxşıdır".