EN

Soydaşlarımız boks üzrə Gürcüstan çempionatında 4 qızıl medal qazanıblar

Gürcüstanda boks üzrə ölkə çempionatı keçirilib. Çempionatda müxtəlif yaş və çəki dərəcələrində iştirak edən soydaşlarımız dörd qızıl medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Marneuli boks məktəbinin yetirməsi Nərmin Bayramova qızlar arasında 52 kiloqram çəki dərəcəsində birinci olub.

Qardabani məktəbinin yetirməsi Emil İsmayılov 48, Tbilisidən olan idmançılar Daniel Ramizoğlu 52, Həsən Akpınar isə 80 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Soydaşlarımız komanda hesabında da birinci olublar.

Sonda qaliblərə kubok, medal, diplom və sertifikatlar təqdim olunub.

1Sources