EN

Əməkdar artist geyimi ilə diqqət çəkdi - VİDEO

Əməkdar artist Xumar Qədimova yenidən göz oxşayan tərzi ilə sosial şəbəkələrdə gündəm olub. İncə zövqü və cəsarətli geyim seçimi ilə daim izləyicilərinin diqqətini çəkən müğənni, bu dəfə dərin yarıqlı havalı libası ilə sosial şəbəkələrdə səs-küy yaradıb.

Milli.Az bildirir ki, Qədimovanın şık və eleqant geyimi təkcə xanımları deyil, xüsusilə kişilərin marağına səbəb olub. Gözəl bədən quruluşunu vurğulayan libas, müğənninin cazibədar görünüşünü ön plana çıxarıb.

İzləyicilər sənətçinin həm özünəinamlı duruşunu, həm də dəbli tərzini tərifləyib. "Nazlı yenə göz oxşadı", "Qədimova gözəlliyinə söz ola bilməz" kimi rəylər paylaşımların altında yer alıb. Müğənni isə hər zamanki kimi, pozitiv enerjisi və incə gülüşü ilə pərəstişkarlarını tez-tez paylaşımlar edərək, sevindirmək də davam edəcəyini yazıb.

Qeyd edək ki, Xumar Qədimova təkcə musiqisi ilə deyil, həm də dəbli tərzi ilə şou-biznes dünyasında öz imzasını atmağa davam edir. /showclab

Milli.Az

Chosen
59
1
milli.az

2Sources