EN

Vuçiç Putinlə qaz tədarükü sazişinin uzadılmasını müzakirə etdiyini bildirib

Vuçiçin sözlərinə görə, Putinlə söhbət yaxşı və mənalı olub. 

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiya lideri Vladimir Putinlə qaz tədarükü sazişinin uzadılmasını müzakirə etdiyini bildirib.

Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Qeyd olunub ki, bu gün iki dövlət başçısı arasında telefon danışığı olub: "Biz müstəsna əhəmiyyət kəsb edən hər şeyi, yəni Rusiya Dəmir Yolları ilə əməkdaşlıq haqqında danışdıq, lakin hər şeydən əvvəl mayın 31-dək qaz tədarükü haqqında sazişi necə bağlamaq və Amerikanın bu müəssisəyə qarşı sanksiyalarını nəzərə alaraq Serbiyanın neft sənayesi məsələsini necə həll etmək barədə danışdıq".

Vuçiçin sözlərinə görə, Putinlə söhbət yaxşı və mənalı olub. 

Chosen
44
operativmedia.az

1Sources