EN

Məşhur aktrisa evində ölü TAPILDI – FOTO

Məşhur amerikalı aktrisa Pamela Bax 62 yaşında aldığı güllə yarasından dünyasını dəyişib.

Gundem.az xəbər verir ki, bu barədə "TMZ" məlumat yayıb.

Pamela Baxın həyatını sonlandırdığı bildirilib. Məlumata görə, Pamelanın ailə üzvləri ondan uzun müddət xəbər almadıqları üçün narahat olublar. Evində huşsuz vəziyyətdə tapılan aktrisanın başından aldığı güllə yarasından öldüyü məlum olub. Hadisə ilə bağlı evdə heç bir qeyd tapılmayıb.

Qeyd edək ki, Pamela Bax məşhur amerikalı aktyor Devid Hasselhoffla evli olub. Cütlük 2006-cı ildə boşanıb.

Pamela 10 ildən çox "Baywatch" serialında çəkildiyi Kay Morqan obrazı ilə məşhur olub. O, həmçinin "The Young and the Restless", "Knight Rider" seriallarında rol alıb. /Sfera.az

Chosen
53
6
gundem.az

7Sources