EN

Gəncədə barəsində şikayət edilən direktor işdən çıxarıldı – FOTO

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Heftelik.az-ın Teleqraf-a istinadən verdiyi məlumata görə, direktorun fəaliyyəti ilə bağlı şikayətlər olduğundan o, vəzifədən kənarlaşdırılıb.
Hətta məktəbin kollektivi onun işdən getməsini istəyib. Bir müddət öncə isə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsinin direktoruna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.
Qeyd edək ki, G. Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin olunmuşdu.
Chosen
11
heftelik.az

1Sources