EN

''Səni qoruya heç nə yoxdur ehtiyyatlı ol'' - Polisdən motosiklet sürücüsünə məsləhət

Sosial şəbəkələrdə polisin motosiklet sürücüsünə verdiyi məsləhət izləyicilər arasında geniş müzakirəyə səbəb olub.
 
Paylaşılan videoda polis əməkdaşı motosiklet sürücüsünə təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edərək, onu diqqətli olmağa çağırıb:
"Səni qoruyan heç nə yoxdur, ehtiyatlı ol. Avtomobillər qəza törədərsə, ən pis halda onların bamperi əzilə bilər. Amma sən yıxılsan, ayağın qırıla bilər," – deyə polis sürücüyə xəbərdarlıq edib.
 
Bu sözlər sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Bir çoxları polisin haqlı olduğunu bildirərək motosiklet sürücülərinin daha diqqətli olmalarının vacibliyini vurğulayıb.
 
Qeyd edək ki, motosiklet qəzaları nəticəsində xəsarət alma və ölüm riski avtomobil qəzalarına nisbətən daha yüksəkdir. Bu səbəbdən yol hərəkəti qaydalarına riayət etmək və qoruyucu avadanlıqlardan istifadə etmək sürücülər üçün həyati əhəmiyyət daşıyır.
Chosen
10
moderator.az

1Sources