EN

"Beşiktaş"dan əcnəbi hakimlərlə bağlı açıqlama: " Bu bizim təbii haqqımızdır"

"Beşiktaş" Türkiyə Futbol Federasiyasından "Qalatasaray"la derbi matçını idarə etmək üçün əcnəbi hakim tələb edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubun açıqlamasında deyilir: "İctimaiyyətə məlumdur ki, Türkiyə Futbol Federasiyası Trendyol Super liqasının 25-ci həftəsində keçirilən “Qalatasaray” – “Fənərbaxça” oyununa əcnəbi hakim təyin etdikdən sonra prezidentimiz Serdal Adalı derbi matçlarımıza əcnəbi hakimin təyin edilməsini istəyib və daha sonra federasiyaya rəsmi müraciət edib. Bu tələb ədalət prinsipinə uyğun olaraq bizim ən təbii haqqımızdır. Bütün bu inkişaflar göz qabağında olsa da, idman ictimaiyyətində Trendyol Super Liqasının 29-cu həftəsində “Qalatasaray”la oynayacağımız derbi matçına əcnəbi hakimin təyin olunmayacağı ilə bağlı iddialar var. Türkiyə Futbol Federasiyasının bazar ertəsi keçiriləcək idarə heyətinin toplantısında müraciətimizə cavab verəcəyini öyrəndik. Sözügedən gündəmdəki hadisələri yaxından izlədiyimizi ictimaiyyətə hörmətlə bildiririk."

Fərid ASLAN

MİA.AZ

Chosen
19
2
mia.az

3Sources