EN

Səhiyyə Nazirliyi tərəfindən “LASER BEAUTY ESTETİK KLİNİKASI” MMC-də yoxlama keçirilib

7 mart 2025-ci il tarixdə Səhiyyə Nazirliyi Analitik EkspertizaMərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayonu İsmayıl bəyQutqaşınlı küçəsində fəaliyyət göstərən “LASER BEAUTY ESTETİKKLİNİKASI” MMC-yə məxsus klinikada plandankənar yoxlamakeçirilib.

Bu barədə Trend-ə SəhiyyəNazirliyindən məlumat verilib.

Xatırladılır ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərininpozulması hallarının aradan qaldırılmasına dair göstərişləriniyerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filialüzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilədayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradanqaldırılması üçün müddət qoyulmuşdu.

Lakin, orada tibbi prosedurların davam etdirilməsi barədəməlumatlar alınıb. Bununla əlaqədar olaraq, baş həkim RənaSoltanovanın iştirakı və təqdim etdiyi sənədlər əsasında klinikadaSəhiyyə Nazirliyi tərəfindən yoxlama keçirilib.

Yoxlamanın nəticəsi olaraq, Azərbaycan Respublikası İnzibatiXətalar Məcəlləsinin 210.1-ci maddəsinə müvafiq olaraq, “LASERBEAUTY ESTETİK KLİNİKASI” MMC-yə inzibati xəta haqqında protokoltərtib edilmiş və Səhiyyə Nazirliyinə növbəti icraatagöndərilmişdir.

Məqalədə:
Chosen
22
31
az.trend.az

10Sources