EN

Yaşar Gülər: Cənubi Qafqazda ən etibarlı aktor kimi Türkiyənin adı çəkilir

Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında ən etibarlı aktor kimi həmişə Türkiyənin adı çəkilir.

"Report" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Balıkesir şəhərində hərbçilərlə görüşündə deyib. 

O bildirib ki, Türkiyə, həmçinin Afrikada, Qara dəniz regionunda, Yaxın Şərqdə, hətta Avropada da sabitliyin təmin olunmasında mühüm oyunçudur. 

Bundan başqa, Y.Gülər Türkiyənin beynəlxalq təhlükəsizlik, sülh və sabitlik üçün bir çox dost və qardaş ölkə ilə, o cümlədən Azərbaycanla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Chosen
9
7
sherg.az

9Sources