Samara Nefteqorskdakı sirk binasında tamaşaçıların əyləşdiyi hissə uçub.
Bizim.Media xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb.
Məlumata görə, 20 nəfərin əyləşdiyi sektor anidən uçub. İlkin məlumata görə, iki nəfər xəsarət alıb, ölən olmayıb.
Qeyd edək ki, zalda ümumilikdə 350 nəfər tamaşaçı olub.
Bizim.Media