Bu gün axşam saatlarında Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.
ADY-dən News365.az-a bildirilib ki, qatar Goradil sahəsində yarım saata qədər dayanıb. Bu, pik saatları olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də bir qədər təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. İctimaiyyətə əlavə məlumat veriləcək.