EN

"Crocus" terrorunun mümkün təşkilatçısı ABŞ-də saxlanıldı

ABŞ Ədliyyə Nazirliyi 2022-ci il martın 22-də Moskvada “Crocus City Hall” konsert zalında terror aktı planlaşdırmaqda şübhəli bilinən Məhəmməd Şərifullanın saxlanıldığını açıqlayıb.

Bu barədə qurumun mətbuat xidmətinin press-relizində deyilir.

Ədliyyə Nazirliyindən verilən məlumata görə, İŞİD üzvü olan Şərifulla potensial terrorçulara avtomat silahlardan istifadə ilə bağlı təlimat verdiyini etiraf edib. O, həmçinin Rusiyada saxlanılanlar arasında təlimat verdiklərinin olduğunu da vurğulayıb.

Qeyd olunur ki, Şərifulla Əfqanıstanda ABŞ hərbçilərinə qarşı hərbi əməliyyatlarda iştirakda və ABŞ hərbçilərinə hücumda ittiham olunur.

Xatırladaq ki, 3 il əvvəl dörd silahlı terrorçu “Piknik” qrupunun konsertinə gələnləri öldürmək üçün atəş açıb, daha sonra zalı yandırıb. Cinayətkarlar 145 nəfəri öldürüb, 550-dən çox insanı yaralayıb.

“Crocus Group”un sahibi Araz Ağalarovun oğlu, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov bildirib ki, terror aktı nəticəsində şirkətə dəymiş təxmini ziyan 150-200 milyon dollar təşkil edib.

Chosen
44
4
news365.az

6Sources