EN

BAEA rəhbəri Makronu qınadı: "Bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Fransa Prezidenti Emmanuel Makronun Avropa İttifaqının təhlükəsizliyini qorumaq üçün nüvə silahından istifadə ilə bağlı bəyanatı normaların aşınmasıdır".
Oxu.Az-ın verdiyi məlumata görə, bunu "Bloomberg" agentliyinə müsahibəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi deyib.
Onun sözlərinə görə, bir neçə il əvvəl belə müzakirələr tabu hesab olunardı.
"Ancaq indi bəzi ölkələrdə bu mövzularda açıq danışılır. Bu, normaların davamlı aşınmasıdır", - deyə Qrossi bildirib.
Qeyd edək ki, martın 5-də Fransa prezidenti televiziya vasitəsilə ölkə vətəndaşlarına müraciət edib və Rusiya ilə bağlı bir sıra açıqlamalar verib. O, Moskvanı Minsk razılaşmalarını pozmaqda ittiham edib və Rusiyanın bütün dünya üçün təhdid yaratdığını bildirib.
Bundan əlavə, Makron ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı mövqeyini tənqid edib və Avropa ölkələrinin təhlükəsizliyini təmin etmək üçün Fransanın nüvə silahından istifadəsinə dair müzakirələrin başlanacağını elan edib.
Chosen
185
50
oxu.az

10Sources