“Bu işi diqqətlə izləmişik, müvafiq beynəlxalq qurumların qərarlarından xəbərdarıq. Mövcud yüngülləşdirici amillərə baxmayaraq, hesab edirik ki, 3 aylığa cəzalandığına görə onun nominantlar sırasına düşməsi yolverilməzdi”.
“İlin idmançısı” adına namizədlərin siyahıı martın 3-də açıqlanacaq.
Xatırladaq ki, Ümumdünya Antidopinq Agentliyi (WADA) fevralın 15-də Sinnerlə dopinq işinin tənzimlənməsi ilə bağlı müqavilə imzaladığını açıqlayıb. İtaliyalı tennisçi mayın 4-nə qədər korta çıxa bilməz.