Ağdaşda yol qəzası olub, yaralananlar var.
"Unikal"ın məlumatına görə, hadisə Ağdaş-Şəmsabad kəndi yolunda baş verib. "Mercedes" və "Vaz 2106" markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin üzvləri olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Yaralananlar 2002-ci il təvəllüdlü Əliyev Aqil İntiqam oğlu, 2010-cu il təvəllüdlü Əliyev Xudaverdi Elnur oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elnur Xudaverdi oğlu xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov