AZ

Ağdaşda qəza oldu - Yaralılar var

Ağdaşda yol qəzası olub, yaralananlar var.

"Unikal"ın  məlumatına görə, hadisə Ağdaş-Şəmsabad kəndi yolunda baş verib. "Mercedes" və "Vaz 2106" markalı avtomobillərin toqquşması nəticəsində bir ailənin üzvləri olan 3 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Yaralananlar 2002-ci il təvəllüdlü Əliyev Aqil İntiqam oğlu, 2010-cu il təvəllüdlü Əliyev Xudaverdi  Elnur oğlu və 1976-cı il təvəllüdlü Əliyev Elnur Xudaverdi oğlu xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Seçilən
21
2
unikal.az

3Mənbələr