EN

Lökbatanda qaz dolduran avtomobildə partlayış necə baş verib? - TƏFƏRRÜATLAR VİDEO

Qaz dolduran avtomobil partladı, 1 nəfər xəsarət aldı.

Xezerxeber.az xəbər verir ki, Lökbatan qəsəbəsi yaxınlığında yerləşən "Azpetrol"a məxsus yanacaqdoldurma məntəqəsində "Chevrolet Cobalt" markalı avtomobildə yanğın olub.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Bakı şəhərinin Qaradağ rayonunda "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

TƏBİB-dən də bildirildi ki, hadisə nəticəsində 30 yaşlı bir nəfər qulağın və  hər iki ətrafın II dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Ona zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
28
xezerxeber.az

1Sources