EN

Fransa hərbi bazalarını təhvil verir: bu ölkədən də çıxır...

Fransa iki hərbi bazasını Seneqalın nəzarətinə verib.

Axar.az xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu, Fransa qoşunlarının Seneqaldan tamamilə çıxarılmasının ilk mərhələsi olub. Digər hərbi obyektlərin də Seneqal hökumətinin nəzarətinə veriləcəyi bildirilib. Lakin dəqiq tarix açıqlanmayıb.

Məsələ ilə bağlı iki ölkə arasında birgə komissiya yaradılıb.

Chosen
19
axar.az

1Sources