EN

Rəsmi Tehran Trampa belə CAVAB VERDİ

İran ABŞ ilə birbaşa danışıqlara girməyəcək.

Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

“ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib.

Chosen
61
22
minval.info

10Sources