ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna nizamlanmaya hazır olmasa, Vaşinqton Kiyevə yardımı dayandıracaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əgər onlar [Ukrayna hakimiyyəti] nizamlanmanı istəməsələr, biz gedəcəyik. Çünki biz onların həll yolu axtarmalarını istəyirik”, – Amerika lideri jurnalistin Ukraynaya gələcək yardımla bağlı sualını cavablandırarkən deyib.
Martın 4-də Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını elan edib. Bu qərar Trampın oval kabinetdə ukraynalı həmkarı Vladimir Zelenski ilə münaqişəsindən sonra verilib.