EN

“PKK silahlarını təslim etməlidir!” – Yaşar Gülər


“Terror təşkilatı PKK və onun silahlı qolları dərhal silahlarını yerə qoymalıdır”.
Yeniavaz.com
“Haber Global”a istinadən xəbər verir ki, Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər bu barədə ​​Balıkəsirdə keçirilən məzuniyyət mərasimində çıxış edərkən danışıb.
“PKK və müxtəlif adlar altında fəaliyyət göstərən bütün qruplar, harada olmasından asılı olmayaraq, dərhal dağılmaq və silahlarını qeyd-şərtsiz təslim etmək qərarına gəlməlidir”, - Gülər ​​bildirib.
O vurğulayıb ki, ölkə orduya ehtiyacın artdığı mürəkkəb bir dövrdən keçir. Türkiyənin beynəlxalq təhlükəsizlik sahəsindəki roluna diqqət çəkən Gülər qeyd edib ki, ölkə bir çox coğrafiyada aktiv və konstruktiv rol alaraq danışıqlar masalarının əvəzsiz üzvünə çevrilib.
Chosen
33
yeniavaz.com

1Sources