Bu gün Azərbaycan Basketbol Liqasında XVII tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma A qrupunda baş tutub. NTD "Naxçıvan"la üz-üzə gəlib. Bərabər səviyyədə keçən görüşün son periodunda meydan sahibləri üstünlüyə yiyələniblər. NTD ardıcıl ikinci qələbəsini qazanıb. Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.
Azərbaycan Basketbol Liqası
XVII tur
7 mart
A qrupu
19:00. NTD – "Naxçıvan" - 85:78 (21:15, 22:26, 23:24, 19:13)
Sərhədçi İM
1 Sabah 16 12 4 1323-1137 28
2 Naxçıvan 17 11 6 1332-1344 28
3 Neftçi 16 8 8 1163-1128 24
4 NTD 17 6 11 1267-1358 23
5 Sərhədçi 16 6 10 1210-1176 22
6 Abşeron 16 6 10 1176-1296 22
Rəşad Rafiqoğlu, Bizim.Media