Bu gün ABŞ-ın Las Veqas şəhərində təşkil olunan UFC313 yarışının çəkiölçmə mərasimi keçirilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edəcək Rafael Fiziyev tərəzi üzərinə çıxıb.

Həmvətənimiz mərasimi uğurla başa vurub. "Ataman"ın çəkisi 70 kq olub.

Rafaelin rəqibi, ABŞ təmsilçisi Castin Qeyci də eyni çəkidə olub.

Qeyd edək ki, bu iki idmançı martın 9-da Bakı vaxtı səhər saat 7-də üz-üzə gələcəklər.