15 yaşlı rusiyalı şahmatçı Anna Şuxman Monteneqronun Petrovaç şəhərində 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi olub.
Redaktor.az xəbər verir ki, finalda, 11-ci turda Rusiya təmsilçisi qazaxıstanı təmsil edən 17 yaşlı Alua Nurmandan güclü olub. Şuxman bütün raundlarda doqquz xal toplayıb və bu göstərici ilə birinci yeri tutub.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qadınların reytinqində Şuxman 79-cu yerdədir.
Rusiya təmsilçisi sonuncu dəfə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının qalibi olmuşdu, o zaman Polina Şuvalova qalib gəlmişdi.
Turan İSMAYIL